Saxta sənədli cinayətkarlar aşkarlandı


Digərləri 30 Avq 2018 07:22:00 311 0

Saxta sənədli cinayətkarlar aşkarlandı

Bu günlərdə Vaşinqton Beynəlxalq Hava Limanında qurulmuş sifətin tanınması sistemi pasport nəzarətindən keçən zaman saxta sənədlərlə ABŞ ərazisinə daxil olmaq istəyən Fransadan gəlmiş cinayətkarı aşkar edib. İş orasındadır ki, fransız vətəndaşının pasportu vizasız ABŞ ərazisinə daxil olmaq hüququ  verir, ancaq kişinin xarici görünüşü ilə onun pasportdakı şəklini müqayisə edən neyron şəbəkəsi uyğunsuzluq aşkar etdikdən sonra bu haqda Sərhəd və İmmiqrasiya Xidmətlərinə məlumat verib.   Son.az ICTnews-a istinadən bildirir ki, sonrakı araşdırmalar nəticəsində məlum olub ki, qanunu pozan Konqo (axtarış vaxtı onun üstündə bu ölkənin pasportu tapılıb) vətəndaşıdır. Bundan başqa, bir müddət əvvəl ABŞ məhkəməsinin qərarı ilə o, ölkədən deportasiya edilib, həmçinin 20 il ərzində viza almaq hüququndan məhrum edilib. Sifətin tanınması sisteminin uğurunu nəzərə alan ABŞ hakimiyyəti bildirib ki, bu sistem ölkənin bütün aeroportlarında tətbiq ediləcək. İndi sözügedən sistem yalnız Vaşinqton ştatının aeroportlarında və Nyu-Yorkda sınaq rejimində işə salınıb.