Öd kisəsində daşların yığılmaması üçün nə etmək lazımdır?


Digərləri 29 Avq 2018 23:12:00 278 0

Öd kisəsində daşların yığılmaması üçün nə etmək lazımdır?

Öd daşı xəstəliyi bizim ölkədə kifayət qədər yayılmış xəstəlikdir.

Son.az saglamolun.az-a istinadən bildirir ki, mütəxəssislər öd kisəsində daşların yığılmasının qarşısını almaq üçün bu kimi əsas qaydalara riayət etməyi çağırır:

- Qidalanmada yağlı və qızardılmış qidaların miqdarını azaldın.

Belə qidalar ödün qatılaşmasına səbəb olur ki, bunun nəticəsində öd daşı xəstəliyinin riski də artır.

- Qida qəbulları arasında uzun məsafələr saxlamayın.

Bu ödün qatılaşmasına və daşların əmələ gəlməsinə gətirib çıxardır. Gün ərzində 4-5 dəfə qida qəbul etmək lazımdır.

- Ac qalmayın.

Ac qalmaq və çox ciddi pəhrizlər saxlamaq da öd kisəsində daşların yığılmasına səbəb ola bilər.

- Bədən çəkinizi normada saxlayın.