Yer kürəsindəki ən dəhşətli fəlakətin səbəbi açıqlandı


Digərləri 29 Avq 2018 22:47:00 240 0

Yer kürəsindəki ən dəhşətli fəlakətin səbəbi açıqlandı

Fransanın Petroqrafik və Geokimyəvi tədqiqatlar Mərkəzinin alimləri 252 milyon il əvvəl Sibirdəki güclü vulkanik aktivliyin canlı orqanizmlərin məhvinə necə səbəb olmasını müəyyən ediblər. Məlum olub ki, canlı orqanizmlər Yerin litosfer qatındakı istixana qazları nəticəsində məhv olublar. 

Son.az oxu.az-a istinadən bildirir ki, bununla bağlı "Science Alert" nəşri məlumat verib. 

Böyük qırğın Yer kürəsi tarixində ən genişmiqyaslı ekoloji fəlakət sayılır. Hesab edilir ki, buna səbəb Şərqi Sibir platformasında vulkanik aktivlik olub. 

Nəticədə dəniz heyvanlarının 96, quru heyvanlarının 73, eləcə də, həşəratların 83 faizi məhv olub. Alimlərin hesablamalarına görə, bioloji müxtəlifliyin yoxsullaşma prosesi 60 min il davam edib.