19 yaşlı gənc boğulub


Digərləri 29 Avq 2018 22:28:00 226 0

19 yaşlı gənc boğulub

Qazax rayonunda 19 yaşlı gənc Kür çayında boğularaq ölüb.

Son.az "report"-a istinadən bildirir ki, hadisə rayonun Yuxarı Salahlı kəndində qeydə alınıb. 

Belə ki, Qazax rayonun Yuxarı Salahlı kənd sakini, 1999-cu il təvəllüdlü Orxan Rüstəm oğlu İbrahimov Kür çayının kənd ərazisindən keçən hissəsində çimərkən batıb. 

Faktla bağlı araşdırma aparılır.