İran generalı ABŞa xəbərdarlıq etdi:


Dünya 29 Avq 2018 20:58:00 257 0

İran generalı ABŞa xəbərdarlıq etdi:

Əgər Fars körfəzindəki xarici qüvvələr beynəlxalq hüquqa riayət etməsələr, İranın İnqilab Keşikçiləri Korpusunun sərt cavabı ilə üzləşəcəklər.

Son.az virtualaz.org-a istinadən bildirir ki, Vaşinqtonla Tehran arasında artan gərginlik fonunda İran Silahlı Qüvvələrinin Qərargah rəisi, general-mayor Məhəmməd Baqhəri bu cür bəyanatla çıxış edib.

"İran İnqilabı Keşikçilərinin Hərbi-dəniz qüvvələrinin gücü sayəsində düşmən ölkələr Hörmüz boğazından keçməzdən əvvəl çox böyük narahatlıq keçirirlər. Onlar ötən il beynəlxalq hüquq normalarına riayət etdilər, amma əgər hüququ pozsalar, bizim qarşıdurmamız və cavab tədbirlərimizlə üzləşəcəklər", - deyə iranlı general ABŞ və onun müttəfiqlərinə xəbərdarlıq edib.