Ramil Usubov: Sentyabrın 1-dən yeni şəxsiyyət vəsiqələrinin verilməsi istiqamətində hazırlıq işləri başa çatıb


Digərləri 29 Avq 2018 16:27:00 290 0

Ramil Usubov: Sentyabrın 1-dən yeni şəxsiyyət vəsiqələrinin verilməsi istiqamətində hazırlıq işləri başa çatıb

Daxili İşlər Nazirliyi (DİN) və İqtisadiyyat Nazirliyi yeni nəsil şəxsiyyət vəsiqələrinin verilməsi ilə bağlı birgə müşavirə keçirib.

Bakı. Daxili İşlər Nazirliyi (DİN) və İqtisadiyyat Nazirliyi sentyabrın 1-dən yeni nəsil şəxsiyyət vəsiqələrinin verilməsi ilə bağlı birgə müşavirə keçirib. DİN-dən Trend-ə verilən məlumata görə, “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikasının Qanununun tətbiqi barədə Əsanamə”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 23 oktyabr 2013-cü il tarixli Fərmanından və “Azərbaycan Respublikası vətəndaşının yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqi müddətləri ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 29 iyun 2018-ci il tarixli Qanunundan irəli gələn vəzifələrin icra vəziyyətinə həsr olunmuş birgə müşavirə keçirilib. Müşavirədə daxili işlər naziri, general-polkovnik Ramil Usubov və Azərbaycan Respublikasının iqtisadiyyat naziri Şahin Mustafayev iştirak ediblər. Tədbiri giriş sözü ilə açan daxili işlər naziri qeyd olunan normativ-hüquqi aktların icrası ilə əlaqədar cari il sentyabr ayının 1-dən yeni nəsil elektron şəxsiyyət vəsiqələrinin tətbiqinə başlanılacağını diqqətə çatdırıb, Daxili İşlər və İqtisadiyyat nazirliklərinin müvafiq strukturlarının və tərəfdaş “İdrak Texnoji Transfer” şirkətinin bütün ölkə ərazisində göstərilən tarixdən yeni sənədin verilməsi istiqamətində hazırlıq, texniki işləri uğurla başa çatdırdığını bildirib.