"Buta Airways" marşrut şəbəkəsinə daha bir məşhur türk kurortu əlavə etdi


Digərləri 29 Avq 2018 14:15:00 317 0

"Buta Airways" marşrut şəbəkəsinə daha bir məşhur türk kurortu əlavə etdi

29 avqust 2018-ci il, Bakı - 2018-ci il oktyabrın 6-dan etibarən milli loukoster "Buta Airways" Türkiyənin daha bir məşhur istiqamətinə - İzmirə birbaşa reyslər açacaq.

Aviaşirkətin digər istiqamətləri kimi Bakı-İzmir (Adnan Menderes Aeroportu, IATA kodu: ADB) istiqaməti üzrə də minimal tarif 29 avro (bir tərəfə) təşkil edəcək. Uçuşlar həftədə bir dəfə - şənbə günləri yerinə yetiriləcək. 

Aviabiletləri artıq aviaşirkətin rəsmi internet saytında ("Büdcə" və "Standart" tarifləri ilə, həmçinin aviaşirkətin satış ofislərində ("Super" tarifi ilə)  əldə etmək mümkündür.

Lou-kost aviaşirkət olaraq, "Büdcə" minimal tarifdə baqajın, əl yükünün daşınması, təyyarə göyərtəsində isti yeməklər, hava limanında qeydiyyat, eləcə də təyyarədə yer seçimi kimi əlavə xidmətlər ödəniş müqabilində təklif edilir. 10 kq-dək çəkisi olan əl yükü, çəkisi 23 kq-dək olan baqaj və hava limanında ödənişsiz qeydiyyatı nəzərdə tutan "Super" tarifi üzrə aviabiletləri  satış ofislərində əldə edə bilərsiniz. Saytda onlayn-qeydiyyat uçuşdan 24 saat əvvəl açılır və bütün tariflərdə pulsuzdur.

İzmir - böyüklüyünə görə Türkiyənin üçüncü şəhəri və ölçüsünə görə ikinci limanıdır. O, səfalı Egey dənizi sahillərində yerləşir və ölkənin ən gözəl şəhərlərindən biri hesab olunur. İzmir Türkiyənin böyük işgüzar mərkəzi və çoxsaylı qədim abidələr, böyük meydanlar, müxtəlif muzey və palma ağaclıqları ilə müasir dəniz kurortudur. Aviaşirkətin yeni istiqaməti iki dost ölkə arasında sərnişin axınını daha da artırmağa imkan verəcək.

Bütün yenilikləri və xəbərləri "Buta Airways"in sosial şəbəkələrdəki səhifələrində izləmək mümkündür: