Ana və qızını bıçaqla hədələmişdilər


Digərləri 29 Avq 2018 13:34:00 207 0

Ana və qızını bıçaqla hədələmişdilər

Bakı Ağır Cinayətlər Məhkəməsində evə basqın edərək qadınların ağzını bağlayaraq quldurluq etməkdə təqsirləndirilən Ramin Ağayev və Ceyhun Adıgözəlova hökm oxunub. 

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, hakim Samir Əliyevin icraatında olan prosesdə dövlət ittihamçısı çıxış edərək hər iki şəxsin 10 il azadlıqdan məhrum edilməsini istəyib.

Məhkəmə kollegiyasının hökmü ilə onların hər biri 9 il müddətinə azadlıqdan məhrum ediliblər.

İttihama görə, 2018-ci il martın 2-də Zabrat qəsəbəsində yaşayan Afət Əzizovanın evinə 2 maskalı şəxs basqın edib.