Məşhur aktrisanın gəlinlik mağazası əlindən alındı,


Dünya 29 Avq 2018 13:25:00 304 0

Məşhur aktrisanın gəlinlik mağazası əlindən alındı,

Nurgül Yeşilçayın bacıları ilə birlikdə İzmirdə açdığı "Yeşilçay Moda" adlı gəlinlik mağazasının müsadirə olunması qərarı verilib.

Son.az Haberler-ə istinadən xəbər verir ki, Yeşilçayın bacısı Hacer Yeşilçay baş verənlərdən şoka düşüb. Hacer Yeşilçay bu hadisədən bacısı Nurgül Yeşilçayın xəbərinin olmamasını istəsə də şirkət sahibi məşhur aktrisa olduğu üçün gərginlik artıb.

Müsadirə xəbərdarlığı edilmədən mağaza işçiləri vitrindəki bahalı gəlinlikləri toplayıb "Bizim deyil, yan mağazanındı" deyərək, paltarları mağazadan çıxarıblar. İcra nümayəndəsi və vəkil malları bir-bir qeydə alıb.


Xəbərə aid fotolar