Qusarda 51 yaşlı qadın 20 günə yaxındır itkin düşüb (FOTO)


Digərləri 29 Avq 2018 12:48:43 240 0

Qusarda 51 yaşlı qadın 20 günə yaxındır itkin düşüb (FOTO)

Jalə Bədəlova avqust ayının 12-də yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb

Bakı. Qusarda itkin düşən 51 yaşlı qadın axtarılır. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan Trend-ə verilən məlumata görə, Qusar rayonunun Lanqu qəsəbə sakini, 51 yaşlı Jalə Bədəlova avqust ayının 12-də yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.