Milli komandamızın üzvündən anlamlı addım


Digərləri 29 Avq 2018 12:35:00 244 0

Milli komandamızın üzvündən anlamlı addım

Dünyada dəvası olmayan dərdlərdən hesab edilən xərçəng xəstəliyi daha çox xanımlarda aşkar edilir. Ölkəmizdədə xeyli sayda qadın onkoloji xəstəliklərdən əziyyət çəkir. Bu xəstəliyin müalicəsi zamanı kimya terapiyasından istifadə edildikdə isə xanımların yaraşığı olan saçı tökülür. Azərbaycanda bir çox onkoloji qadın xəstə bu halla üzləşib. Həmin xanımların əksəriyyətinin isə çox baha olan şinyondan istifadə etmək imkanı yoxdur. 

Son.az sportfm.az-a istinadən xəbər verir ki, bir müddət öncə Sevinc Məmmədovanın təşəbbüsü ilə ölkəmizdə "Saçım saçın olsun" adlı layihəyə start verilib. Layihə çərçivəsində şinyon almaq imkanı olmayan onkoloji xəstələrə kömək göstərilir. Sevinc xanımın irəli sürdüyü bu təşəbbüsə qoşulan bir çox qadınlar öz saçlarını kəsdirərək, xəstələrə "saçım saçın olsun" deyirlər. Saçını xəstəlikdən əziyyət çəkən xanımlara bağışlayanlardan biri də aerobika üzrə Azərbaycan yığmasının üzvü Balaxanım Əhmədovadır. Atdığı anlamlı addımla bağlı saytımıza danışan milli komandamızın idmançısı imkanı olanları bu təşəbbüsə qoşulmağa çağırır:"Bu haqda mənə anam məlumat verdi. Ölkəmizdə belə bir layihənin həyata keçirildiyini söylədi. Mənim yaxınlarımın içərisindədə xərçəng xəstəliyəndən əziyyət çəkən insanlar var. O hissləri çox yaxşı bilirəm. Gözəl analarımıza, bacılarımıza, körpələrimizə kömək etmək imkanı yaxaladığım üçün çox sevincliyəm. İmkanı olan hər kəsi bu təşəbbüsə qoşulmağa səsləyirəm. Gəlin, az da olsa, onlara yardım əlimizi uzadaq. Həyatlarına məna qataq". Əhmədova layihə haqqındada məlumat verdi:"İstəyi olan hər bir xanım 30 sm uzunluğunda saçını kəsdirərək, layihəyə dəstək verə bilər. Axı bilirik ki, hər kəsin şinyon almaq imkanı yoxdur. Təbii saçdan hazırlanan şinyonlar isə çox bahadır. Bu layihəni ölkəmizdə yayan Sevinc Məmmədovaya dərin təşəkkür edirəm".