Birinci mərhələ üzrə 3692 müəllim işə qəbul edilib


Digərləri 29 Avq 2018 12:09:49 224 0

Birinci mərhələ üzrə 3692 müəllim işə qəbul edilib

2018-2019-cu tədris ili üçün ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə müsabiqənın birinci mərhələsi üzrə 3692 namizəd işə qəbul edilib.

Bakı. Elçin Mehdiyev - 2018-2019-cu tədris ili üçün ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə müsabiqənin birinci mərhələsi üzrə 3692 namizəd işə qəbul edilib. Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, müsabiqədən sonra boş qalan yerlərə müəllimlərin əlavə yerləşdirilməsi üzrə vakansiya seçimi keçirilib və bu proses başa çatıb.