Pensiyaçılar, uşaqlar, əlillər icbari tibbi sığorta haqqından azad oluna bilərlər


Digərləri 29 Avq 2018 09:35:00 271 0

Pensiyaçılar, uşaqlar, əlillər icbari tibbi sığorta haqqından azad oluna bilərlər

"Bu məsələ üzərində dəqiqləşdirmələr aparılır”

"İcbari tibbi sığorta haqqında" qanuna edilməsi gözlənilən dəyişikliklərin bəzi ilkin detalları məlum olub.

Son.az xəbər verir ki, parlamentdən oxu.az-a bildirilib ki, payız sessiyasında icbari tibbi sığorta ilə bağlı yeni qanun layihələrinin müzakirələrə çıxarılması, eyni zamanda, mövcud qanunlara yeni dəyişikliklərin edilməsi nəzərdə tutulur.

"Artıq cəmiyyət bu məsələnin icrasını, tətbiqini çoxdan gözləyir və arzu edir. Bu, cəmiyyətin sosial sifarişi olaraq qarşıda dayanır. Eyni zamanda, dövlətin özünün bu məsələ ilə bağlı yekdil mövqeyi, iradəsi ortadır.

Bu baxımdan, həm parlament, həm icbari sığorta ilə bağlı Dövlət Agentliyi, həm də Nazirlər Kabineti birlikdə bu məsələnin tətbiqinə və icrasına stimul verəcək, prosesi sürətləndirəcək qanunvericilik aktları üzərində işlərini davam etdirir.