Bakıda köməksiz vəziyyətdə qalan şəxs xilas edilib


Digərləri 29 Avq 2018 08:42:00 192 0

Bakıda köməksiz vəziyyətdə qalan şəxs xilas edilib

Paytaxtda köməksiz vəziyyətdə qalan şəxs xilas edilib.

Fövqəladə Hallar Nazirliyindən Son.az-a verilən məlumata görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhərinin Nəsimi rayonunda 1 nəfər giriş qapısının kilidinin sınması nəticəsində mənzildə köməksiz vəziyyətdə qalıb.

Hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin qapısının açılmasını təmin edib.

Əməliyyat başa çatıb.