Tokioda özüidarəolunan taksilər yoxlama qaydasında işə başlayıb


Dünya 29 Avq 2018 08:33:00 267 0

Tokioda özüidarəolunan taksilər yoxlama qaydasında işə başlayıb

Tokionun mərkəzi küçələrində avtomatlaşdırılmış idarəetmə sisteminə malik taksilər işə başlayıb. Bu taksilərin iki həftə ərzində sınaq məqsədilə xidmət göstərəcəyi bildirilir.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, yeni nəqliyyyat vasitəsi Yaponiyanın "ZMP" şirkəti ilə taksi xidmətləri sahəsində tanınmış "Hinomaru kotsu" şirkətinin birgə layihəsidir.

Bu taksilərin gün ərzində dörd dəfə 5 kilometr məsafəni qət edərək Tokio vağzalının yaxınlığındakı ofis binasından Ropponqi ərazisində yerləşən kommersiya göydələninə doğru və geriyə hərəkət etməsi nəzərdə tutulur.