Millət vəkili gəncləri Azərbaycan əleyhinə yalanlara qrşı fəal mübarizəyə çağırdı FOTO


Digərləri 29 Avq 2018 08:22:00 275 0

Millət vəkili gəncləri Azərbaycan əleyhinə yalanlara qrşı fəal mübarizəyə çağırdı  FOTO

Tovuzun Əlimərdanlı, Qaraxanlı, Qədirli, Cilovdarlı, Xatınlı və Dönük Qırıqlı kəndlərinin fəal gəncləri ilə görüşdə millət vəkili Qənirə Paşayeva bildirib ki, gənclər zamanlarının xeyli böyük bir hissəsini sosial şəbəkələrdə çox zaman lazımsız, mənasız əyləncələrə sərf edirlər və bu hamımızı ciddi narahat etməlidir.

Uşaqların və gənclərin doğru istiqamətləndirilməsi istiqamətində ailələrlə bərabər, məktəb və bütün cəmiyyətin üzərinə böyük vəzifələr düşür. Son.az bildirir ki, geniş maarifləndirmənin önəmini xüsusi vurğulayan Qənirə Paşayeva bu məsələdə fəal gənclərin üzərinə böyük vəzifələr düşdüyünü deyib.

Millət vəkili Q.Paşayeva gəncləri həqiqətlərin dünyaya daha geniş yayılmasında sosial şəbəkələrin təqdim etdiyi imkanlardan geniş istifadə etməyə çağırıb. O, gənclərimizi sosial şəbəkələrdə keçirdikləri zamanı əylənməyə deyil, oxumağa, öyrənməyə, Azərbaycanın təbliğinə, Qarabağ həqiqətlərinin daha çox yayılmasında iştirak etməyə və ölkəmizə qarşı yalan, böhtan kompaniyalarına qarşı mübarizəyə sərf etməyə çağırıb.

Deputat bizim üçün müstəqil Azərbaycandan dəyərli heç bir şey ola bilməz deyərək ölkəmizin daha da inkişafı istiqamətində gənclərin üzərinə düşən vəzifələr barədə də geniş fikirlərini söyləyib. Dövlətin, millətin inkişafının gənclərlə bağlı olduğunu söyləyən deputat qeyd edib ki, Azərbaycanın güclənməsi xalqımızın güclənməsi deməkdir.


Xəbərə aid fotolar