Yuxu problemi elmə məlum olmayan xəstəlik yarada bilər


Digərləri 28 Avq 2018 22:55:00 386 0

Yuxu problemi elmə məlum olmayan xəstəlik yarada bilər

Elm adamlarının etdiyi bir araşdırmaya görə, yuxu problemləri, "Alzheimer" adı ilə tanınan, lakin hələ elmə tam məlum olmayan ciddi xəstəliyin  xəbərçisi ola bilər.

Araşdırma qrupu siçanlarda aparılan təcrübədə, beyindəki "val" adı verilən zülal yığınlarının meydana gəlməyə başladığı zamanda siçanların yuxu problemləri ilə üz-üzə gəldiyini meydana çıxardıb.

Son.az deyerler.org-a istinadən bildirir ki, İngiltərə araşdırma qrupu "Alzheimer" adı verilən xəstəliyin daha tez diaqnozunu qoya bilmək üçün tədqiqatlara başladıqlarını  bildirirlər.   

"Val" adı verilən zülalın, "Alzheimer" adı verilən xəstəliyi törətdiyini bildirən araşdırmaçılar, bu xəstəlikdən əziyyət çəkən insanların son dəqiqəyə qədər yaddaşlarında heç bir problemin yaranmadığını, ancaq bu xəstəliyə tutulduqdan sonra yaddaşın tamamilə itdiyini bildirirlər. Bu isə mütəxəssislərin və elm adamlarının işini çətinləşdirir.