Türkiyənin cənubşərqində 5 terrorçu zərərsizləşdirilib


Dünya 28 Avq 2018 22:42:00 245 0

Türkiyənin cənubşərqində 5 terrorçu zərərsizləşdirilib

Türkiyənin Şırnak vilayətində antiterror əməliyyatı keçirilib.

Son.az "Report"a istinadən bildirir ki, bu barədə vilayət qubernatorluğunun administrasiyası məlumat yayıb.

Məlumatda bildirilir ki, Beytüşşəbal rayonu ərazisində keçirilən əməliyyat zamanı PKK terror qruplaşmasının 5 silahlısı zərərsizləşdirilib. Əməliyyat hərbi aviasiyanın dəstəyi ilə keçirilib.