İsraildən qorxuducu xəbərdarlıq gəldi


Dünya 28 Avq 2018 22:23:00 257 0

İsraildən qorxuducu xəbərdarlıq gəldi

İsrailin müdafiə naziri Aviqdor Liberman "Orta Şərqdə hər yeri vura biləcək" raket sistemi aldıqlarını elan edib.

Son.az Sputnik Azərbaycan-a istinadən bildirir ki, nazir əsas məqsədin İsrail ordusunu daha çox gücləndirməkdən ibarət olduğunu qeyd eidb.

"Artıq imzalar atılıb. Bu sistemlər Orta Şərqdə hər yeri vura bilər.Mərmilər inovativ bir texnologiyaya sahibdir. Və buna görə də böyük əraziləri əhatə edə bilər" - deyə nazir bildirib.