Qəbul olunmuş həcc


Digərləri 28 Avq 2018 21:40:00 249 0

Qəbul olunmuş həcc

Əbdülcəbbar adlı bir nəfər mömin həccə getmək üçün hazırlaşır. Onun min dinar pulu var idi. Bir gün kasıbların yaşadığı bir küçədən keçirdi və pərişan halda olan bir qadını gördü ki, yerdə olan bir ölü toyuğu çadrasının altında gizlədib, getməyə başladı.

O, düşündü ki, mən gərək bu qadının halından xəbərdar olam. Onun ardınca gedir və qadın öz evinə gəlib çatır. Uşaqları onun ətrafında toplaşıb dedilər: "Ey ana! Bizim üçün nə gətirmisən? Axı, acından həlak oluruq!".

Son.az deyerler.org-a istinadən bildirir ki, qadın dedi: "Bir toyuq gətirmişəm, indi sizin üçün bişirəcəyəm".

Əbdülcəbbar bu sözləri eşidən zaman ağlamağa başladı və o qadının qonşularından bu ailənin halı barəsində sorğu-sual etdi. Dedilər: "Bu qadın - Əli (ə) tərəfdarı olan Abdullah ibni Zeydin xanımıdır. Ərini Həccac (lən) öldürmüşdür və uşaqlarını yetim qoymuşdur".

Əbdülcəbbar öz-özünə düşündü: "Əgər həccə getmək istəyirsənsə, sənin həccin elə budur".

O, min dinar olan pul kisəsini çıxartdı və qadının evinə gedib, ona verdi. Özü həmin il Kufədə qaldı və su paylamaq ilə məşğul oldu.