“Kəpənək effekti” və ya rus bölməsi ətrafındakı


Digərləri 28 Avq 2018 21:41:00 317 0

“Kəpənək effekti” və ya rus bölməsi ətrafındakı

Sosial şəbəkələrdə məktəblərdə rus bölməsi ilə bağlı mövzu populyarlıq qazandıqdan sonra bütün rusdilli azərbaycanlılar bu məsələ ətrafında fikirlərini söyləməyi gərəkli sayıblar. 

"Kəpənək effekti" 

Hər şey oğlunu rus bölməsinə göndərə bilməyən valideynlərdən birinin "Facebook"da paylaşdığı statusla başladı. Bu məsələ ölkədə böyük rezonans doğurdu, çünki analoji problemlərlə övladları birinci sinfə gedəcək yüzlərlə valideyn də qarşılaşıb. 

İşə Azərbaycan Təhsil Nazirliyi və deputatlar da qarışdı. Status yazan qadının övladı rus bölməsinə götürüldü. Ancaq ümumilikdə problem aktual olaraq qalıb. 

Kimlərsə rus bölməsini pullu etməyi təklif etdi, bəziləri isə bunun Azərbaycana lazım olmadığını bildirdi. Ancaq fakt faktlığında qalır. Kəpənəyin qanadlarını bir dəfə çalması (bizim vəziyyətdə valideynin statusu) dünyanın o biri başında qasırğaya səbəb oldu (Azərbaycanda rus dili problemi ilə bağlı söz-söhbət Moskvaya qədər gedib çıxıb). 

Əslində, nə baş verir?

Sovet İttifaqı dağıldıqdan sonra rus dili nəyə görə Azərbaycanda əvvəlki kimi əhəmiyyət kəsb edir?

Cənubi Qafqazda ən böyük rus cəmiyyəti Azərbaycandadır. Rəsmi statistikaya görə, Azərbaycanda 120 minə yaxın rus yaşayır. Bununla yanaşı, əhalinin 2/3-si rus dilini bilir. 

Ölkədəki 16 məktəbdə dərslər tamamilə rus dilində keçirilir, 380 məktəbdə isə rus bölməsi var. Rus dili əcnəbi dil kimi Azərbaycandakı bütün məktəblərdə icbari və ya könüllü şəkildə tədris olunur. 

"Rus dilinin intensiv tədrisi" adlı dövlət proqramı da var.