Həzrət Adəmlə görüşən altı nəfər


Digərləri 28 Avq 2018 21:20:00 196 0

Həzrət Adəmlə  görüşən altı nəfər

Bir gün Həzrət Adəm (ə) bir yerdə əyləşmişdi. Anidən altı nəfəri müşahidə edir ki, onlardan üç nəfəri ağ paltarda və üç nəfəri də qara paltarda idilər. Ağ paltar geyinənlər gəlib Adəmin (ə) sağ tərəfində və qara paltar geyinənlər sol tərəfindən əyləşirlər.

Son.az deyerler.org-a istinadən bildirir ki, Həzrət Adəm (ə) üçün bu mənzərə qeyri-adi idi. Onlardan istəyir ki, özlərini tanıtsınlar. Əvvəl sağ tərəfində əyləşənlərə nəzər salır və onlardan birindən soruşur: Sən kimsən?

Deyir: Mən ağılam.

Adəm: Sənin yerin haradadır?

Deyir: Mənim yerim insan beynində və düşüncəsindədir.

Həzrət Adəm (ə) o biri ağ paltarlıdan soruşur ki, sən kimsən?

Deyir: Mən məhəbbətəm.

Adəm: Sənin yerin haradadır?

Deyir: Mənim yerim insanların qəlbindədir.

Adəm (ə) üçüncüdən soruşur ki, sən kimsən?

Deyir: Mən həyayam.

Adəm: Sənin yerin haradadır?

Deyir: Mənim yerim insanın gözündədir.

Adəm (ə) üzünü qara paltar geyinənlərdən birinə tutur və deyir ki, sən kimsən?

Deyir: Mən təkəbbür və lovğalığam.

Adəm: Sənin yerin haradadır?

Deyir: Mənim yerim insanın beynində və düşüncəsindədir.