“Çirkli hava beyinə mənfi təsir edir”


Digərləri 28 Avq 2018 20:44:00 251 0

“Çirkli hava beyinə mənfi təsir edir”

Çində aparılan yeni tədqiqat çirkli havanın beyinə ciddi şəkildə mənfi təsir etdiyini üzə çıxarıb.

Son.az ölkə.az-a istinadən xəbər verir ki, çirklənmiş hava "Alzheimer" xəstəliyinə səbəb olmaqla yanaşı qavrama qabiliyyətinin də azalmasına səbəb olur.

Dünya Səhiyyə Təşkilatının məlumatlarına əsasən, dünya əhalisinin 91%-i hava çirkliliyinin təhlükəli olduğu bölgələrdə yaşayır. Alimlər Çində yaşayan fərqli yaş qruplarından 20 min insan üzərində 4 il təcrübə aparıblar. Havadakı zəhərli maddələr insanın sağlamlığına təsir edir, zəkanın azalmasına səbəb olur. Çirkli hava səbəbindən 1 illik təhsil puç olur.