Şəkidə Bəxtiyar Vahabzadənin ev-muzeyi açılacaq


Digərləri 28 Avq 2018 19:26:51 234 0

Şəkidə Bəxtiyar Vahabzadənin ev-muzeyi açılacaq

Muzeyin ekspozisiyası 70 kvadratmetr təşkil edir və 3 otaqdan (inzibati və fond otaqları) ibarətdir.

Bakı. Avqustun 31-də Şəki şəhərində Xalq şairi, görkəmli dramaturq, ədəbiyyatşünas alim, ictimai xadim Bəxtiyar Vahabzadənin ev-muzeyinin təntənəli açılış mərasimi keçiriləcək. Mədəniyyət Nazirliyindən Trend-ə verilən məlumata görə, Prezident İlham Əliyev 27 oktyabr 2015-ci il tarixdə “Şəki şəhərində Bəxtiyar Vahabzadənin ev muzeyinin yaradılması və yaşadığı binaya xatirə lövhəsinin vurulması haqqında” sərəncam imzalayıb.