Ramil Usubov bu rayonun polis rəisini dəyişdi


Digərləri 28 Avq 2018 16:04:00 305 0

Ramil Usubov bu rayonun polis rəisini dəyişdi

Goranboy Rayon Polis Şöbəsinə yeni rəis təyin olunub.

Son.az Report-a istinadən xəbər verir ki, daxili işlər naziri, general-polkovnik Ramil Usubovun əmri ilə polis polkovnik-leytenantı Qədirov Ramin Əhmədağa oğlu Goranboy Rayon Polis Şöbəsinin rəisi vəzifəsinə təyin edilib.

R.Qədirov bu təyinata kimi Qəbələ Rayon Polis Şöbəsinin əməliyyat işləri üzrə müavini vəzifəsində çalışıb.