Bir şagirdin məktəbə getməsi neçəyə başa gəlir? FOTO


Digərləri 28 Avq 2018 14:26:00 267 0

Bir şagirdin məktəbə getməsi neçəyə başa gəlir?  FOTO

Yeni dərs ili ilə əlaqədar Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) təşkil etdiyi məktəbli ləvazimatlarının topdan və pərakəndə satış yarmarkaları fəaliyyətə başlayıb. Son.az baku.ws-yə istinadən xəbər verir ki, yarmarkalar, əsasən, insanların sıx toplaşdığı ərazilərdə, metro çıxışlarının qarşısında təşkil edilib. Qeyd edək ki, "28 May", "Memar Əcəmi","İnşaatçılar", "Nərimanov", "Gənclik" və digər metro stansiyalarına yaxın ərazilərdə yarmarka çadırları fəaliyyət göstərir. Çəkiliş aparılan müddətdə yarmarkaya böyük maraq olduğu müşahidə edilib.