Azərbaycanın ikinci peykinin buraxılış tarixi dəyişdirildi


Digərləri 28 Avq 2018 12:47:00 288 0

Azərbaycanın ikinci peykinin buraxılış tarixi dəyişdirildi

Azərbaycanın "Azerspace-2/Intelsat 38" ikinci geostasionar peykinin buraxılış tarixi cari il sentyabrın 7-dən 18-nə keçirilib.

Son.az xəbər verir ki, bu barədə Trend "Arianespace" şirkətinin açıqladığı kosmik buraxılışların siyahısına istinadən məlumat verir.

"Azerspace-2/Intelsat 38" peyki "Ariane 5 ECA" raket-daşıyıcısı ilə buraxılacaq.