30 sürücü cərimələndi


Digərləri 28 Avq 2018 11:37:00 248 0

30 sürücü cərimələndi

Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsi Tərtər rayonunda reyd keçirib.

Son.az report-a istinadən xəbər verir ki, reyd zamanı avtomobilə əlavə konstruksiya quraşdıran, ötmə əməliyyatını düzgün yerinə yetirməyən, sürücülük vəsiqəsi olmadan avtomobil idarə edən və təhlükəsizlik kəmərindən istifadə etməyən sürücülərə cərimələr tətbiq olunub. Yaşayış məntəqlərinə yaxın olan ərazidə yüksək sürətlə hərəkət edən sürücülər barəsində də inzibati qaydada cərimə protokolu tərtib edilib.