Suda yoxa çıxan oğlunun cəsədini özü tapdı


Dünya 28 Avq 2018 10:52:00 302 0

Suda yoxa çıxan oğlunun cəsədini özü tapdı

Türkiyənin Adana vilayətində sərinləmək üçün girdiyi su kanalında yoxa çıxan Əfqanıstan əsilli gəncin cansız bədəni atası Muhammed Zaman Keberi tərəfindən tapılıb.

Son.az haberler-ə istinadən xəbər verir ki, Rami Keberin (18) cəsədi suya girdiyi yerdən 10 kilometr uzaqda aşkar edilib.

Oğlunun cəsədi başında gözyaşı tökən Muhammed Zaman Keberinin ürəyi gedib. Hadisə yerinə çağırılan təcili yardım Keberiyə ilkin müdaxiləni edib.


Xəbərə aid fotolar