Almanlar miqrantlardan bezib: Rədd olun!" FOTO


Dünya 28 Avq 2018 09:35:00 271 0

Almanlar miqrantlardan bezib: Rədd olun!"  FOTO

Dünən Almaniyanın şərqindəki Saksoniya federal əyalətində, Hemnits şəhərində kütləvi etiraz aksiyaları keçirilib.

Son.az Bild-ə istinadən bildirir ki, ultrasağçıların təşkil etdikləri aksiyalar avqustun 26-da 35 yaşlı etnik almanın qətlə yetirilməsi ilə bağlıdır. İlkin məlumatlara görə, almanı miqrant ərəblər bıçaqlayıblar. Qatillərin Suriya və İraqdan gəlmiş iki miqrant olduğu vurğulanır.

Bu səbəbdən də etiraz aksiyaları və yürüşlər antimiqrant səciyyəli idi.

Qətlə yetirilmiş almanın qadın olduğu deyilsə də, sonradan bu məlumat təsdiqlənməyib.

Karl Marks abidəsinin önündəki meydanda 1200 nəfərin qatıldığı mitinqdə "Rədd olun!" və "Luegenpresse" ("Yalançı media") şüarları da səslənib. Bu şüar Hitler Almaniyası dövründə nasistlərin sevimli çağırışı idi.

Yerli "Hemnits uğrunda!" ultraradikal hərəkatı və "Kaotic" fanat qruplaşmasının təşkil etdikləri mitinq başlayan kimi şəhərdəki bayram tədbirləri dayandırılıb.