Ali məktəblərə qəbul olan abituriyentlərin qeydiyyatı bu gün başa çatır


Digərləri 28 Avq 2018 09:29:43 204 0

Ali məktəblərə qəbul olan abituriyentlərin qeydiyyatı bu gün başa çatır

Ali məktəblərə qəbul olan abituriyentlərin qeydiyyatı bu gün başa çatır.

Bakı. Elçin Mehdiyev - Azərbaycanın ali təhsil müəssisələrinə qəbul olan abituriyentlərin (I mərhələdən sonra) qeydiyyatı bu gün başa çatır. Dövlət İmtahan Mərkəzindən Trend-ə verilən məlumata görə, ali təhsil müəssisələrinə qəbul olan abituriyentlər bu gün saat 17:00‑dək sənədlərini daxil olduqları təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər. Abituriyentlər tələb olunan sənədlərin siyahısını qəbul olduqları ali təhsil müəssisəsindən öyrənə bilərlər.