Süni zəkanın yaratdığı əsər satılacaq FOTO


Digərləri 28 Avq 2018 08:41:00 283 0

Süni zəkanın yaratdığı əsər satılacaq  FOTO

İngiltərənin Christie's adlı hərrac evi öz tarixində ilk dəfə süni zəka tərəfindən çəkilmiş rəsm əsərini real insanların əl işləri ilə birlikdə satışa çıxardacaq. Obvious adlı neyroşəbəkə tərəfindən çəkilmiş "Portrait of Edmond Belamy" rəsm əsəri hərraca çıxarılacaq.

Son.az technote.az-a istinadən bildirir ki, bu süni zəkaya XIV və XX əsrlər arasında yaradılmış 15.000 portret rəsmləri vasitəsilə təlim keçiblər və daha sonra onu iki hissəyə ayırıblar. Beləliklə yaradıcı funksiyasını daşıyan birinci hissə obrazları yaradır, diskriminator funksiyasını daşıyan ikinci hissə isə onların doğruluğunu yoxlayırdı. Bu proses insan tərəfindən yaradılmış obraz səviyyəsinə çatana kimi davam edib. Sözügedən rəsm əsəri kətan üzərində çəkilib və 23-25 Otyabr tarixlərində keçiriləcək hərracda satılacaq. Süni zəka tərəfindən yaradılmış rəsm əsəri 10.000$ qiymətində dəyərləndirilir. Son.az


Xəbərə aid fotolar