Bu şirkət də Android Goya keçir


Digərləri 28 Avq 2018 07:51:00 215 0

Bu şirkət də Android Goya keçir

"Samsung" şirkəti smartfon istehsalı üzrə yenidən "Google" ilə əməkdaşlığa başlayıb. Bunun nəticəsi kimi "Galaxy J2 Core" smartfonu təqdim edilib. Yeni aparat "Android Go" sisteminin sadələşdirilmiş versiyasının idarəetməsi altında işləyir. Buna görə smartfonun texniki xüsusiyyətləri zəifdir, eyni zamanda qiyməti, həmçinin aşağı olacaq.   Son.az ICTnews-a istinadən bildirir ki, "Galaxy J2 Core" smartfonu "qHD" (540×960 piksel) təsvir ölçülü 5 düymlük "Super AMOLED" displeyi ilə təchiz edilib. Korpus plastikdən hazırlanıb, displeyin aşağı hissəsindəki "Home" düyməsi və sensor klavişlər ləğv edilib: yalnız ekran vasitəsilə idarəetmə mümkündür.   Smartfonun əsas kamerasının təsvir ölçüsü 8 meqapiksel təşkil edir. Ön kamera isə 5 meqapiksellik sensorla təchiz edilib. İki SIM kart üçün slot və LTE şəbəkə dəstəyi mövcuddur.   Smartfonun dəqiq qiyməti məlum deyil, amma 100 dollardan aşağı olacağı təxmin edilir.