Oppo 5G smartfonu satılacaq


Digərləri 28 Avq 2018 07:33:00 243 0

Oppo 5G smartfonu satılacaq

Çinin "Oppo" şirkəti beşinci nəsil mobil rabitə şəbəkəsini (5G) dəstəkləyən ilk smartfon istehsalçısı olmaq niyyətindədir. Şirkətin rəsmi nümayəndələri tərəfindən indiyədək müvafiq planlar barədə açıqlamalar verilsə də, bu dəfə internetdə konkret informasiya dərc edilib.

Son.az ICTnews-a istinadən bildirir ki, "5G" şəbəkəsinin mənimsənilməsi ilə bağlı bəyanatla şirkətin vitse-prezidenti Şen Yiren çıxış edib. O bildirib ki, hazırlıq mərhələlərinin uğurla başa çatması ilə əlaqədar olaraq "Oppo" brendli ilk "5G" smartfonu 2019-cu ildə təqdim olunacaq. Yeni qurğunun nümayişi növbəti ilin birinci yarısına nəzərdə tutulur.

Xatırladaq ki, bir müddət əvvəl internetdə "Oppo" və "Qualcomm" şirkətləri arasında qurulan tərəfdaşlıq barədə məlumatlar yayılıb. Tərəfdaşlıq sazişinin şərtlərinə görə, "Qualcomm" beşinci nəsil rabitə şəbəkəsi üçün lazım olan prosessorların tədarükünü təmin edəcək.