Burun qanaması bu xəstəliklərdən xəbər verir


Digərləri 27 Avq 2018 23:42:00 312 0

Burun qanaması bu xəstəliklərdən xəbər verir

Türkiyəli mütəxəssislərin araşdırmasından bəlli olub ki, həddən artıq stress, yüksək təzyiq burun qanamasına səbəb ola bilər.

Son.az xəbər verir ki, qorxu, kədər kimi hisslər də orqanizmə təsir edib, burun qanaması halını daha da artıra bilər. Beyniniz yorulubsa, bu hal qaçılmazdır. Çünki bu durumlarda qan-damar sistemində tıxanıqlıq və bir sıra digər problemlər yarana bilər.

Həmçinin uşaqlarda burun qanamasının əsas səbəbi alergiya ilə də bağlı ola bilər. Çünki alergiya zamanı ən çox burun qaşınır. Bu isə damarları qıcıqlandırır və qanaxmaya səbəb olur.