Ayaqdan gələn pis qoxunun qarşısını almaq üçün ÜSULLAR


Digərləri 27 Avq 2018 23:45:00 377 0

Ayaqdan gələn pis qoxunun qarşısını almaq üçün ÜSULLAR

Bir çox insan ayaqlarından gələn pis iyə görə narahat olur. Xüsusən də yay aylarında ayağın tərləməsi, keyfiyyətsiz ayaqqabı və corablar səbəbindən ayaqdan gələn pis qoxu daha da artır.

Son.az "ölkə.az"-a istinadən bu problemin həlli yollarını oxucuları ilə bölüşür.

Karbonat

Ən yaxşı üsullardan biridir. Bir vanna ilıq suya 2 çay qaşığı karbonat əlavə edin. Ayaqlarınızı 20 dəqiqə bu suda saxlayın. Bir həftə davam edin. Qoxu azalacaq və zamanla yoxa çıxacaq.

Lavanda yağı

Gözəl iyi olan bu yağdan 1 xörək qaşığı 1 litr suya əlavə edin. Bir həftə ərzində hər gün ayağınızı bu suya qoyub gözləyin. Gündə iki dəfə etsəniz, daha effektiv nəticə əldə edə bilərsiniz.

Qara çay Qara çay ayaq tərləməsinin qarşısını alır, qoxunu azaldır. Qara çayı dəmlədikdən sonra su ilə dolu vannaya boşaldın. 20 dəqiqə ayaqlarınızı bu suda saxlayın. 10 gün təkrarlayın.