Qastronomiyada çiçəklərdən ehtiyatla istifadə edin


Digərləri 27 Avq 2018 23:39:00 260 0

Qastronomiyada çiçəklərdən ehtiyatla istifadə edin

Qranada Universitetinin tədqiqatçıları qastronomiyada çiçəklərdən çox ehtiyatla istifadə etməyin zəruriliyi barədə xəbərdarlıq ediblər. Belə ki, yeməklərə çiçək əlavə edən şəxslər hüquqi nöqteyi-nəzərdən müdafiə olunmayıblar.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, Qranada Universitetindən tədqiqatçı Lorenso Rivas Qarsiyanın sözlərinə görə, çiçəklərdən qida məhsulları qismində istifadə olunması Avropa Parlamentinin yeni inqrediyentləri də əhatə edən 1997-ci il 27 yanvar tarixli 258/97 Reqlamentinə düşür. Bu sənədin buraxılışına qədər qida məhsulu kimi nəzərdən keçirilməyən çoxsaylı məhsullar Avropa İttifaqı ölkələrində sistemli nəzarətdən keçirilməlidir.

Qida məhsullarının təhlükəsizliyini reqlamentləşdirən Avropa Qida Məhsullarının Təhlükəsizliyi Agentliyinin (EFSA) sənədi yeməli çiçəklərdə pestisidlərin yol verilən maksimum miqdarını göstərir, qastronomiyada istifadə edilən bütün çiçəklərin etiketi olmasını, həmin etiketdə müvafiq məhsul və onun istehsalçısı barədə məlumatların, istehlakına dair tövsiyələrin öz əksini tapmasını tələb edir. Yeməli bitliklər bazara çıxarılmazdan əvvəl sanitar nəzarətinin bir neçə mərhələsindən keçməlidir.