Səyyar ASAN xidmət gələn ay bir neçə rayonda olacaq


Digərləri 27 Avq 2018 20:52:00 250 0

Səyyar ASAN xidmət gələn ay bir neçə rayonda olacaq

Səyyar ASAN xidmət 1 - 30 avqust Astarada, 3 - 22 sentyabr Neftçalada, 3 - 17 sentyabr Ələt, Şəmkir, Ceyranbatanda, 3 sentyabr - 2 oktyabr İmişli, Xaçmaz, Lənkəran, Ağcabədi, İsmayıllıda, 3 - 27 sentyabr Qazaxda vətəndaşlara səyyar formada xidmət göstərəcək.

Son.az bildirir ki, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən Trend-ə verilən məlumata görə, səyyar şəkildə göstərilən xidmətlər Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təqdim olunur.

Bu xidmətlərə aşağıdakılar daxildir:

- Notariat fəaliyyəti;

- Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı;

- Şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi;

- Ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi;