Azərbaycanın tanınmış caz ustaları Braziliyada konsert verib (FOTO)


Digərləri 27 Avq 2018 19:54:56 265 0

Azərbaycanın tanınmış caz ustaları Braziliyada konsert verib (FOTO)

İsfar Sarabski&trio və Şəhriyar İmanov Braziliyanın San-Paulo ştatında və Rio-de-Janeyro şəhərində dörd konsert və bir ustad dərsi keçirmək üçün səfərə başlayıblar.

Bakı. Azərbaycanın tanınmış caz ustadları İsfar Sarabski&trio və Şəhriyar İmanov Braziliyanın San-Paulo ştatında və Rio-de-Janeyro şəhərində dörd konsert və bir ustad dərsi keçirmək üçün səfərə başlayıblar. Azərbaycanın bu ölkədəki səfirliyindən Trend-ə verilən məlumata görə, avqustun 22-30-u tarixlərində keçirilən konsert Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr edilmiş silsilə tədbirlərin davamı olaraq, səfirliyin təşkilatçılığı və dəstəyi ilə baş tutub. Azərbaycan ifaçıları San Paulo şəhərinin tanınmış Vila Mariana teatrında yerli caz və musiqi həvəskarlarına ustad dərsləri keçirərək, milli musiqi, onun müasir caz ilə simbiozu – caz muğam, milli musiqi alətlərimiz- xüsusən də tar - və onların istifadə qaydaları ilə tanış etmişlər. Həmçinin Azərbaycan musiqi mədəniyyətinin dərin tarixi kökləri, onun dünya mədəniyyətinə təsiri və verdiyi töhfə barəsində tədbir iştirakçılarına məlumat verilib. Sonra qonaqların sualları cavablandırılaraq yerli musiqiçilərlə bir neçə musiqi parçası birgə ifadə edilib.