Sentyabrda Azərbaycan və Gürcüstan sərhədində Ticarətin Asanlaşdırılması Mərkəzi açılacaq


Digərləri 27 Avq 2018 17:52:00 229 0

Sentyabrda Azərbaycan və Gürcüstan sərhədində Ticarətin Asanlaşdırılması Mərkəzi açılacaq

Azərbaycan və Gürcüstan tərəflərində tikilmiş Ticarətin Asanlaşdırılması Mərkəzi və sanitar, fitosanitar və baytarlıq nəzarəti üzrə laboratoriyanın rəsmi açılış mərasimləri bu ilin sentyabrında keçiriləcək.

Bakı. Qırmızı Körpü sərhəd-keçid məntəqəsinin Azərbaycan və Gürcüstan tərəflərində tikilmiş Ticarətin Asanlaşdırılması Mərkəzi və sanitar, fitosanitar və baytarlıq nəzarəti üzrə laboratoriyanın rəsmi açılış mərasimləri bu ilin sentyabrında keçiriləcək. Dövlət Gömrük Komitəsindən (DGK) Trend-ə verilən məlumata görə, bu barədə Tovuz rayonunda "Bitki və bitki məhsullarının idxal və ixrac nəzarəti və bu kimi məhsulların sertifikatlaşdırılması prosesi" mövzusunda seminarda layihə rəhbəri Məzahir Əfəndiyev deyib. M.Əfəndiyevin sözlərinə görə, mərkəz və laboratoriya, eləcə də hər iki ölkənin gömrük işçiləri üçün davamlı olaraq keçirilən bu cür təlimlər regional səviyyədə ticarət imkanlarının genişlənməsinə və qida təhlükəsizliyinin təmin edilməsinə müsbət təsir göstərəcək. Seminar DGK və Gürcüstan Gəlirlər Xidmətinin əməkdaşları üçün nəzərdə tutulub və"Azərbaycan və Gürcüstan arasında Qırmızı Körpü sərhəd-keçid məntəqəsinin inkişafina dəstək" layihəsi çərçivəsində təşkil olunub.