Avropanın istirahət üçün ən bahalı və ən ucuz şəhərləri


Digərləri 27 Avq 2018 17:39:47 272 0

Avropanın istirahət üçün ən bahalı və ən ucuz şəhərləri

Ekspertlər istirahət üçün Avropanın ən bahalı və ən ucuz şəhərlərinin siyahısını açıqlayıblar.

Bakı. Ceyhun Ələkbərov - Ekspertlər istirahət üçün Avropanın ən bahalı və ən ucuz şəhərlərinin siyahısını açıqlayıblar. Trend-in məlumatına görə, ekspertlər iki gecəlik üç ulduzlu oteldə qalmaq, transfer, üç müxtəlif növdə nahar, muzeylərə və sənət qalereyalarına giriş biletinin xərclərini hesablayıblar. Bundan əlavə pivə, şərab, kofe və sərin içkilərin qiymətləri də hesablanıb.