Dollar bu həftə də ucuzlaşacaq - ŞƏRH


Digərləri 27 Avq 2018 17:03:29 161 0

Dollar bu həftə də ucuzlaşacaq - ŞƏRH

Donald Tramp dolların kəskin bahalaşmasının səbəbkarı olmadığını göstərmək istəyir

Ötən həftə FED rəhbəri Cerom Pauel (Jerome Powell) "Jackson Hole"simpoziumunda çıxış edərək bildiribki, planlaşdırıldığı kimi dollara faiz artımı davamlı olaraq həyata keçiriləcək. C.Pauelin çıxışından o nəticəyə gəlmək olar ki, tələsik faiz artımı iqtisadi inkişafa sədd yaradır, faiz artımının ləngiməsi isə iqtisadiyyatda əks gərginlik yaradır. Bunun qarşısını almaq məqsədi ilə addım-addım faiz artımına gediləcək. Üstəlik burada inflyasiya hədəfinin üstünə çıxılmayacaq. Beləliklə yaxın zamanlarda faiz artımına gediləcəyi bildirildi. Faiz artımının qlobal səviyyədəgedən ticarət davasına da təsir edəcəyini nəzərə alaraq addım-addım faiz artımına gedilməsinin məqsədəuyğun olması dilə gətirildi.

ABŞ prezidenti DonaldTramp isə otən həftə Reuters agentliyinə verdiyi açıqlamasında FED-in faiz artırmasından məmnun olmadığını bildirdi.

“FED mənə güclü iqtisadiyyat qurmaqda yardımçı olmalıdı. Mən FED rəhbərinin daha ucuz dollar tərəfdarı olmasına ümid edirdim. Davamlı faiz artırılması durumunda FED rəhbərini qinayacağam.”

"Report" Analitik Qrupuhesab edir ki, D.Tramp dolların kəskin bahalaşmasının səbəbkarı olmadığını göstərmək istəyir. Son gönlər nüfuzlu media qurumlarında“impiçment “ kəlməsinin işlənməsinə görə D.Tramp bu dəfə diqqəti öz üzərinə çəkmək istəmir, hədəfi yayındırmaq istəyir. Dolların dəyər qazanması səbəbindən ABŞ iqtisadiyyatının ixrac etməsi çətinləşir, idxal etməsi asanlaşır. Bu yolla ölkəyə sərmayə axınını bəlkə də artırmaq olar. Ancaq ticarət baxımından itkilər verilir. Bu istiqamətdə baxıldığında əslində bahalı dolların davam etdirilməsinin o qədər də sərfəli olmadığı üzə çıxır.

Bütün bu açıqlamamalar bazarda dolların indeksini aşağıya çəkdi, EUR/USD qiyməti yuxarı qalxdı. İki həftə əvvəl 1.1295-ə qədər enən EURO 3% -ə qədər bahalaşaraq 1.1650-ə qədər dəyər qazanıb. Dolların ucuzlaşması digər aparıcı valyutalarla nisbətdə də özünü göstərib.

Belə ki:

GBP/USD 1.2650-dən 1.2850-ə,yəni 1.5% artıb

AUD/USD 0.7195-dən 0.7315- ə, yəni 1.7% artıb

Elə Asiya bazarında da dollar dəyər itirib

USD/JPY 113.17-dən 111.06–a, yəni 2% ucuzlaşıb

Bazarda texnik amillər və indiqatorlar da bu həftə sonuna doğru ucuzlaşma müşahidə olunacağını göstərir. "Report" Analitik Qrupu deyilənlərə yekun olaraq həftə sonuna doğru aşağıdakıları proqnozlaşdırır:

EUR/USD - 1.1780

GBP/USD - 1.3056

USD/JPY - 110.75

AUD/USD - 0.7380