Növbəti ixrac missiyası Çinə gedəcək


Digərləri 27 Avq 2018 16:48:00 234 0

Növbəti ixrac missiyası Çinə gedəcək

İqtisadiyyat Nazirliyi tərəfindən növbəti ixrac missiyası 29 avqust - 3 sentyabr tarixlərində Çinin Urumçi şəhərinə təşkil olunacaq.

Bakı. “Made in Azerbaijan" brendinin təşviqi məqsədilə İqtisadiyyat Nazirliyi tərəfindən növbəti ixrac missiyası 29 avqust - 3 sentyabr tarixlərində Çinin Urumçi şəhərinə təşkil olunacaq. Nazirlikdən Trend-ə verilən məlumata görə, ixrac missiyasına müsabiqə əsasında seçilmiş və qida, təbii mineral sular, şərab və digər spirtli içkilər, fındıq və qurudulmuş meyvə istehsalı sahəsində fəaliyyət göstərən 21 Azərbaycan şirkəti daxildir.