Sərdarın nəhəng abidəsi ucaldılır VİDEO FOTO


Digərləri 27 Avq 2018 12:55:00 265 0

Sərdarın nəhəng abidəsi ucaldılır  VİDEO  FOTO

Hindistanda dünyanın ən hündür və böyük abidəsi inşa olunur.

182 metr hündürlüyü olan heykəl Hindistanın mərhum siyasətçi və dövlət xadimi Sərdar Vallabhay Patelin abidəsidir.

1875-ci ildə doğulmuş Patel 1947-1950-ci illərdə Hindistanın baş naziri Cəvahirlal Nerunun müavini olub. O, 1950-ci ilin dekabrın 15-də, 75 yaşında vəfat edib.

Son.az Daily Mail-ə istinadən bildirir ki, Hindistanda "Sərdar Patel" kimi tanınan Vallabhay Patel Hindistan Milli Konqresinin (İNK), ölkə Konstitusiyasının müəlliflərindən və Hindistanın siyasi quruluşunun banilərindən biridir.

Sosialist Cəvahirləl Nerudan fərqli olaraq Sərdar Patel İNK-nın sağçı, mühafizəkar düşərgəsinə başçılıq edirdi.