"Diş pastalarından istifadə insanları "qoyun" kimi edir"


Digərləri 27 Avq 2018 11:46:00 209 0

"Diş pastalarından istifadə insanları "qoyun" kimi edir"

Dişlərin gün ərzində 3 dəfə fırçalanması tövsiyə olunsa da, əslində, bu, çox da məsləhətli fikir deyil

Dişlərin gün ərzində 3 dəfə fırçalanması tövsiyə olunsa da, əslində, bu, çox da məsləhətli fikir deyil. Çünki hazırkı diş pastalarının içərisinə qoyulan florür maddəsi beyni kütləşdirir.

Son.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, diş pastalarının içərisinə qoyulan florür maddəsi insan beynindəki epifiz, pineal və ya beynin üst çıxıntısı "əzgilvari vəzinin" fəaliyyətini pozur.

"Epifiz vəzi tam olaraq başın ortasında yerləşir və mərcimək dənəsi boydadır. Bu vəzisi sərtləşmiş və kirəclənmiş insanları idarə etmək asanlaşır. Bu vəzinin kirəclənməsi insanları "qoyun kimi" edir. Əslində, dişə xeyrinin olmadığı da deyilən florür maddəsinin sırf bu məqsədlə diş pastalarına qoyulması iddia olunur. Niyə? İnsanlar düşünə bilməsin, kütləyə uysun deyə...