Toy gecəsi həyat yoldaşını qısqanclıq zəminində boğaraq öldürdü


Digərləri 27 Avq 2018 11:26:00 299 0

Toy gecəsi həyat yoldaşını qısqanclıq zəminində boğaraq öldürdü

Gəncə Apellyasiya Məhkəməsində arvadını qısqanclıq zəminində öldürən şəxsin məhkəməsi başlayıb.

Son.az ölkə.az-a istinadən xəbər verir ki, Cinayət Məcəlləsinin 120.2.9-cu maddəsi ilə məhkum olunan Həsənov Ramil Rafiq oğlunun məhkəmə prosesinə hakim Teyyub Muxtarov sədrlik edəcək.  

Ötən ilin sentyabr ayında Daşkəsən rayonun Bayan kəndində 1984-cü il təvəllüdlü Həsənov Ramil Rafiq oğlu qısqanclıq zəminində həyat yoldaşı, 1990-cı il təvəllüdlü Əzizova Könül Hafiz qızını boğaraq öldürüb.

Rayonun Bayan kəndindən verilən məlumata görə, Ramil Həsənov həyat yoldaşını yaxın qohumunun toy gecəsi qətlə yetirib.