Kömək istəyən məcburi köçkünə "Qaçqınkom"da iş verildi


Digərləri 27 Avq 2018 11:15:00 245 0

Kömək istəyən məcburi köçkünə "Qaçqınkom"da iş verildi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Xocalı rayonundan məcburi köçkün, Goranboy rayon Yuxarı Ağcakənd qəsəbəsində məskunlaşan Rəsmiyyə Qarayevanın ailəsinin mövcud vəziyyəti ilə bağlı mediada dərc olunan müraciətini araşdırıb. 

Son.az xəbər verir ki, bunu nazirliyin mətbuat xidmətinin rəhbəri Fazil Talıbov bildirib.  

O qeyd edib ki, nazirlik əməkdaşları Goranboy rayonunun Yuxarı Ağcakənd qəsəbəsinə gedərək ailənin durumu ilə yerində maraqlanıblar: "Rəsmiyyə Qarayevanın oğlu Elgün Qəhrəmanovun penitensiar müəssisədən cəza çəkməkdən azad edildiyi nəzərə alınaraq, müvafiq qanunvericiliyə əsasən ona minimum əmək haqqının 4 misli məbləğində (520 manat) birdəfəlik pul müavinətinin ödənişi təmin olunub. Eyni zamanda, Rəsmiyyə Qarayevanın müraciətinə uyğun olaraq, oğlu Elgün Xocalı rayon Məşğulluq Mərkəzi tərəfindən yaşadığı qəsəbədə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi yanında Mənzil İstismar Departamentinin Goranboy rayon Mənzil İstismar Sahəsində mövcud olan vakant iş yerində işlə təmin edilib.