Azərbaycan gimnastları "Challenge" seriyasına aid Dünya kuboklarının qalibi olublar


Digərləri 27 Avq 2018 09:56:24 217 0

Azərbaycan gimnastları "Challenge" seriyasına aid Dünya kuboklarının qalibi olublar

Kazanda bədii gimnastika üzrə dünya çempionatı öncəsi (11-16 sentyabr, Sofiya) "Challenge" seriyasına aid sonuncu Dünya Kuboku öz işinə yekun vurub.

Son.az xəbər verir ki, Azərbaycan Gimnastika Federasiyasından Trend-ə verilən məlumata görə, turnirdə ölkəmizi qrup proqramında təmsil edən Aliyə Paşayeva, Siyana Vasileva, Ayşən Bayramova, Diana Doman və Zeynəb Hümmətova 2 ip və 3 topla icra etdikləri kompozisiyaya görə 20 ölkə arasından finala çıxmağı bacarıblar. Qızlarımız final çıxışında isə 7-ci yerdə (19.750 xal) qərarlaşıblar.