Yol qəzası zamanı 2 nəfər ölüb


Digərləri 27 Avq 2018 07:35:00 220 0

Yol qəzası zamanı 2 nəfər ölüb

Gədəbəy rayonunun Qaradağlı kəndində 2 nəfərin ölümü ilə nəticələnən yol qəzası baş verib.

Son.az "report"-a istinadən bildirir ki, "VAZ" markalı avtomobilin idarəetmədən çıxaraq ağaca çırpılması nəticəsində iki nəfər - 2002-ci il təvəllüdlü Zəhmət kənd sakini Əliyev Təbriz Pənah oğlu və 1998-ci il təvəllüdlü Xarxar kənd sakini Abdullayev Samir Teymur oğlu hadisə yerində ölüb.

Avtomobildə olan 2001-ci il təvəllüdlü Rəşad Rəhimov isə müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.