Atasının qəbirini ziyarətə getdi, məzarı gördükdə dəhşətə gəldi Bakıda VİDEO


Digərləri 27 Avq 2018 03:30:00 280 0

Atasının qəbirini ziyarətə getdi, məzarı gördükdə dəhşətə gəldi  Bakıda  VİDEO

Atasının qəbirini ziyarət etməyə getdi, məzarı gördükdə isə dəhşətə gəldi.

Naməlum şəxs və şəxslər məzarın sinə və baş daşının üzərini ağ boya ilə rəngləyibilər. Son.az bildirir ki, belə bir hadisə ilə prodüser Sayqa Cahid qarşılaşıb. Onun sözlərinə görə, ötən gün Binəqədi qəbiristanlığında atasının qəbrini ziyarət etməyə gedib. Məzara yaxınlaşdıqda isə məzarın sinə daşının üstü və qəbirin kimə aid olduğunu bildirən ad, soyad və digər məlumatların yazıldığı hissə ağ rənglə boyandığını görüb.

Sayqa Cahidinin sözlərinə görə, kimlərsə etdiyi bu əməllə yekunlaşmayaraq üstəlik qəbir daşının qıraq hissələrini də dağıdıblar. Onun bu hadisəni törədən şəxs və şəxslərlə bağlı bir neçə ehtimalı var.

Məsələ ilə bağlı Binəqədi qəbiristanlığına məsul şəxs Şahin Məhərrəmli isə bildirdi ki, hadisədən xəbərdardılar. Bununla yanaşı, qəbristanlıqda nəzarətçilər də fəaliyyət göstərir. Ancaq çəkiliş zamanı bunun şahidi olmadıq.